Nəsirəddin Tusidən oğurluq edib yeni nəzəriyyə yaradan rus alimi - TARİX
22-04-2016, 16:25

XIII əsrdə yaşamış böyük Azərbaycan alimi Nəsirəddin Tusidən ayrı-ayrı illərdə Nyuton, Kepler, Leybnits, Paş kimi alimlər çox yararlanıb. Amma məşhur rus alimi Laboçevski kimi heç kəs Tusidən sui-istifadə etməyib.
Moderator.az bu sui-istifadənin tarixçəsinə nəzər salaraq, Tusidən oğurlanan elmi ideya əsasında yaradılan yeni nəzəriyyə haqqında danışacaq:
Böyük alimimiz Mirzə Kazım bəy Sankt - Peterburqda çalışan zaman Laboçevski ondan yerlisi olan alim- Nəsirəddin Tusinin əsərlərini xahiş edir. Şərqşünas alim Mirzə Kazım bəy onun xahişini yerə salmır. Tusinin bir neçə əsərini riyaziyyatçıya təqdim edir. Həmin əsərlərin arasında Azərbaycan elm tarixinin ilk çap kitabı hesab edilən “Təhriri- Öqledis” əsəri də var idi. “Təhriri-Öqledis” antik yunan filosof, astronom və riyaziyyatçısı Evklidin əsərlərinin şərhi əsasında yazılmışdı. Əsərin adı “Evklidin şərhi” olsa da, Tusi yalnız şərhlərlə kifayətlənməmişdi. Onun riyazi nəzəriyyələrinə əks olan başqa bir nəzəriyyə ortaya qoymuş, bir növ Qeyri-Evklid həndəsəsi ideyasını ərsəyə gətirmişdi.
Lakin çox təəssüflər olsun ki, Laboçevski Mirzə Kazım bəyin bəxşişindən yararlanaraq o əsərdəki ideyaları öz adına çıxarmış və riyaziyyatda qeyri-evklid həndəsəsi adlanan predmetin “əsasını qoymuşdu”.
Çox təəssüflər olsun ki, bu gün də dünyanın əksər ölkələrində “Qeyri-Evklid həndəsə”sinin banisi kimi Tusi deyil, plagiat ustası olan rus alimi göstərilir.