ABŞ Ukraynaya 215 milyon dollarlıq təcili ərzaq yardımı ayıracaq

19-05-2022, 08:34           
ABŞ Ukraynaya 215 milyon dollarlıq təcili ərzaq yardımı ayıracaq
Amerika Birləşmiş Ştatları (ABŞ) Ukraynaya 215 milyon dollar məbləğində yeni təcili ərzaq yardımı elan edib.

“Report” CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken digər ölkələri Rusiyanın Ukraynaya təcavüzü səbəbindən böyüyən qlobal ərzaq böhranına tez kömək etməyə çağırarkən deyib.

"Bu gün böhranın aktuallığını nəzərə alaraq, daha 215 milyon dollarlıq yeni təcili ərzaq yardımı elan edirik və daha çox işlər görəcəyik. Konqresimizin tezliklə humanitar yardım və ərzaq təhlükəsizliyi üçün təxminən 5,5 milyard dollar əlavə maliyyə dəstəyini təsdiqləyəcəyini gözləyirik", - o qeyd edib.

Blinkenin sözlərinə görə, ölkəsi daha əvvəl Rusiyadan gübrə alan ölkələrdə gübrəyə tələbatın artması səbəbindən ABŞ-ın gübrə istehsalını artırmaq üçün 500 milyon dollar ayıracaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru