İrəvanda prezidentin qaldığı otel mühasirəyə alındı

20-05-2022, 00:05           
İrəvanda prezidentin qaldığı otel mühasirəyə alındı
İrəvanda müxalifət tərəfdarları Litva Prezidenti Gitanas Nausedanın qaldığı “Aleksandr” otelini mühasirəyə alıb.

Etirazçılar axşam baş tutan yürüşdə prezidentin qaldığı otelin qarşısına gəlib.

Bundan sonra koordinator İşxan Saqatelyan məhz həmin küçədə dayanmağı tövsiyə edib.

O, iştirakçılar qarşısında çıxışında bildirib ki, Baş nazir Nikol Paşinyan erməni xalqının iradəsini əks etdirmir və onun beynəlxalq partnyorlarla görüşmək üçün mandatı yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru