Gözlənilən oldu: Nyu Yorkda tarixi an yaşandı

23-04-2016, 09:55           

ABŞ-ın Nyu York şəhərində iqlim dəyişikliyi üzrə Paris Xartiyasının imzalanma mərasimi keçirilib.

Axar.az xəbər verir ki, Paris Xartiyası 171 ölkə tərəfindən imzalanıb. BMT-nin Baş katibi Pan Gi Mun xartiyanın imzalanmasını tarixi an adlandırıb.

"Belə bir an bəlkə də yaşanmamışdı, bir gün ərzində bu qədər dövlət beynəlxalq sənədi imzaladı", - Mun qeyd edib.

Qeyd edək ki, ötən ilin 13 dekabrında Fransada iqlim dəyişikliyi ilə bağlı Paris Xartiyası qəbul edilib. Dünyanın 195 ölkəsi atmosferin çirkləndirilməsi nəticəsində havanın temperaturunun 1,5-2 dərəcədən yuxarı qalxmaması barədə razılıq əldə edib, atmosferə atılan zərərli tullantıların azaldılması üçün inkişafda olan ölkələrə hər il 100 milyard dollar vəsait ayrılacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.