Rusiyalı politoloq: "Putin "Yeni Rusiya"nı dəfn etdi"
23-04-2016, 22:55
usiya Prezidenti Vladimir Putinin Ukraynada "Yeni Rusiya" yaratmaq planı iflasa uğradı.
Axar.az xəbər verir ki, bu açıqlama ilə rus politoloq Liliya Şevçova çıxış edib.
"Separatçıların işğalı altında olan torpaqlara görə Qərb tərəfindən tətbiq edilən sanksiyalar Putini geri addım atmağa vadar etdi. Kreml rəhbəri "Yeni Rusiya" yaratmaq planından da imtina etdi, həmçinin ukraynalıların müqaviməti də burada rol oynadı", - Şevçova bildirib.
Politoloq qeyd edib ki, Kreml Krımı və Donetski ələ keçirməklə bu müharibədə qalib gələcəyinə ümid edirdi, ancaq bu baş vermədi:
"Putin Qərbin təzyiqi qarşısında planlarını "dəfn" etdi.