İranda daha bir sui-qəsd: atom mühəndisi “qəza”da öldü

27-05-2022, 08:13           
İranda daha bir sui-qəsd: atom mühəndisi “qəza”da öldü
Bir neçə gün əvvəl İranın paytaxtı Tehranda SEPAH-ın polkovniki suiqəsd nəticəsində öldürülmüşdü. TEREF.AZ-ın yazdığına gğrə, JAMAZ.İNFO xəbər verir ki, həmin hadisənin kimlər tərəfindən törədildiyi bu gün də müəmma olaraq qalır. Hərçənd rəsmi Tehran polkovnikin qatillərini axtardıqlarını və bunun qisasının alınacağını bəyan edib.

Bu gün isə İranda daha bir müəmmalı qəza baş verib. Belə ki, ölkənin nüvə araşdırmaları mərkəzi hesab olunan Parçin məntəqəsindəki hərbi bazada baş verən qəzada bir mühəndis ölüb, biri isə ağır yaralanıb. Hadisənin hansı şəraitdə baş verdiyi barədə məlumat verilmir.

İran rəsmiləri də bununla bağlı ütülü xəbər yaymaqla kifayətləniblər. Lakin özəl mənbələrin yaydığı xəbərlərdə deyilir ki, qəzada ölən mühəndis İranın ən seçilmiş nüvə mütəxəssislərindən biri olub. Elə yaralanan şəxs də əsas fiqurlardan biri hesab olunur.

Hadisənin qəza deyil, sui-qəsd olduğunu iddia edənlər də var. Daha doğrusu, əksər iranlı ekspertlər üzük qaşı kimi əhatəyə alınmış və ciddi şəkildə qorunan hərbi bazada qəzanın baş vermə ehtimalına inanmırlar. Onlar deyirlər ki, bu hadisə xarici xüsusi xidmət orqanları tərəfindən törədilmiş sui-qəsddir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.