Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı

30-05-2022, 16:07           
Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı
Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşüb.

Redaktor.az Ria Novosti-yə istinadən xəbər verir ki, prezident iclasda xarici siyasət və Rusiyanın təhlükəsizliyinin təmin edilməsi məsələlərinin müzakirəsini təklif edib.

"Biz bir-biri ilə əlaqəli olan bir neçə məsələni müzakirə edəcəyik. Təhlükəsizlik Şurasının daimi üzvlərinin iclasının işi çərçivəsində ən mühüm iki sahəni - Rusiyanın xarici siyasəti və təhlükəsizliyinin təmin edilməsi məsələlərini nəzərdə tuturam", - Putin bildirib.

Bundan sonra o, xarici işlər naziri Sergey Lavrova təqdimatla çıxış etməyi təklif edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru