İranda vəziyyət nəzarətdən çıxmaq həddindədir
30-05-2022, 19:59

İranda son vəziyyət:
- Birləşmiş Ərəb Əmirliklərinin Abadanda baş vermiş Ticarət Mərkəzinin uşması nəticəsində dağıntıları altında qalmış insanları çıxarmaq üçün göndərdiyi iki ədəd xüsusi təyinatlı maşın Tehran hökuməti tərəfindən ölkəyə buraxılmayıb. Bundan sonra Abadan və Bəndə Abbas şəhərlərinin əhalisi, habelə cənub vilayətlərinin nüfuzlu əşirət başçıları Dəniz Limanı Gömrük Məntəqəsinə hücum çəkərək, binanı bütünlüklə dağıdaraq, oradakı texnikanı Abadan şəhərinə aparıblar.
- Abadanın imam cüməsi, ali dini liderin şəhər üzrə nümayəndəsi şəhər camaatı qarşısında çıxış edən zaman ciddi etirazla qarşılaşıb. Etirazçılar onu təhqir edərək, tribunadan qovublar.
- Maddi imkansızlıq üzündən xəstəxanalara gedə və orada doğuş həyata keçirə bilməyən qadınlar doğuşu evdə həyata keçirmək məcburiyyətində qalıblar. Nəticədə doğuş zamanı ana ölümlərinin sayı durmadan artır.
-Amma bundan da dəhşətli vəziyyət odur ki, xəstəxanalarda doğuş həyata keçirə bilməyib, evində dünyaya uşaq gətirənlərin bir qismi öz övladlarını Körpələr Evinin qarşısına qoyaraq, gedirlər. Son iki gündə Tehran şəhərində belə halların sayı 32-ni keçib. Bunların hamısının maddi imkansızlıq üzündən baş verdiyi deyilir.
- Son iki gündə Tehranda zibil qablarından tapılan ölü uşaqların sayı isə 20-dən çoxdur.
- İranın paytaxtında son bir neçə gündə 5-dən çox fabrik və zavod yanıb.
- İran dini cameəsinin hər il keçirdiyi "Salam Fərmandeh" ("Salam Komandan") adlı şənliyin Abadan faciəsi günlərinə təsadüf etməsi, buna baxmayaraq, dindarların tədbirə davam etməsi ölkədə ciddi narazılığa və etirazlara səbəb olmağa başlayıb. Hətta bəzi din xadimləri Ali Dini Rəhbərliyi tədbiri dayandırmağa çağırıblar.
- Ölkədə qiymət artımlarının qarşısını almaq mümkünsüzə çevrilib. Hökumət belə vəziyyətdən çıxmağın yolları ilə bağlı konkret tədbirlər görə bilmir. Rəsmi qurumlar yalnız əmək haqqıları artırmaqla problemi kompensasiya etməyə çalışırlar ki, bu da sürətli infliyasiyaya səbəb olur.
- Yerli ekspertlər bildirirlər: "Ölkə barıt çəlləyinin üzərindədir, hər an partlayış ola bilər. Hökumətin təcili tədbirlər görməsi lazımdır".
Fikrət Fəraməzoğlu
Teref.az