Yeltsinin kürəkəni Putinin müşaviri vəzifəsindən İSTEFA VERDİ

31-05-2022, 00:09           
Yeltsinin kürəkəni Putinin müşaviri vəzifəsindən İSTEFA VERDİ
Rusiyanın keçmiş lideri Boris Yeltsinin kürəkəni Valentin Yumaşev keçən ay Prezident Vladimir Putinin müşaviri vəzifəsindən istefa verib.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Boris Yeltsin adına Prezident Mərkəzinin icraçı direktorunun birinci müavini Lyudmila Telen agentliyə bildirib ki, Yumaşev aprel ayında Kremldəki vəzifəsindən imtina edib.

1991-1999-cu illərdə Rusiya prezidenti olan Yeltsinin dövründə Yumaşev Kremldə müşavir, daha sonra isə prezident administrasiyasının rəhbəri vəzifələrində çalışıb. O, Yeltsinin qızı Tatyana ilə evlidir.

Yumaşev Putinin müşaviri kimi qərarların qəbulunda ciddi rol oynamayıb, lakin o, Putin administrasiyasında Yeltsin hakimiyyəti, liberal islahatlar dövrü və Rusiyanın Qərbə açılmasını təmsil edən şəxslərdən biri idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru