“Ukraynada müharibə bir şərtlə qısa müddətdə başa çata bilər” - Tarixçi proqnoz edib

31-05-2022, 08:45           
“Ukraynada müharibə bir şərtlə qısa müddətdə başa çata bilər” - Tarixçi proqnoz edib
Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzü günü üçüncü dünya müharibəsinin başlanğıcı oldu və qarşıdurma NATO-nun müharibəyə qoşulmasından 2 həftə sonra başa çata bilər.

Rusiya Prezidenti Vladimir Putin üçün Ukraynada müharibə yalnız başlanğıcdır, belə ki, o, Dnestryanıya çıxmaq və belə döyüş fəaliyyətini Moldovada başlamaq istəyir.

Bu barədə rusiyalı-amerikalı tarixçi, tarix elmləri doktoru Yuri Felştinski «Qordon» internet-nəşrinin Baş redaktoru Olesya Batsmana müsahibəsində danışıb.

«Hamı ümid edir ki, bu münaqişə Ukrayna hüdudlarından kənara çıxmayacaq və üçüncü dünya müharibəsinə çevrilməyəcək. Mən, hesab edirəm ki, üçüncü dünya müharibəsi fevralın 24-də başlanıb. Fevralın 24-ü - bu, 1939-cu il sentyabrın 1-dir, İkinci Dünya Müharibəsinin başlanması günü» - ekspert bəyan edib.

«Mənə elə gəlir ki, bunun başa düşülməsi mütləq qaçılmazdır, çünki Putin onlar üçün başqa çıxış yolu qoymur. Çünki Ukrayna yalnız müharibənin başlanğıcıdır. Çünki o, Dnestryanıya çıxmaq və analoji müharibəni Moldovada başlamaq istəyir. O, artıq Belarusu ələ keçirib, onu nüvəsiz statusdan çıxarmaq göstərişi verib» - ekspert qeyd edib.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru