“Ukrayna Aİ üzvlüyünə alternativ tapmaq cəhdlərini rədd edir” - Zelenski

31-05-2022, 09:04           
“Ukrayna Aİ üzvlüyünə alternativ tapmaq cəhdlərini rədd edir” - Zelenski
“Ukrayna Avropa İttifaqı üzvlüyünə alternativ tapmaq cəhdlərini rədd edir və namizəd statusu istəyir”.

“Report”un məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurasının iclasında videomüraciət zamanı bildirib.
Ətraflı

Zelenski xatırladıb ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu yaxınlarda Odessaya səfər edib və orada raket hücumu səbəbindən sığınacağa enmək məcburiyyətində qalıb.

“Əgər bu, hətta bu səviyyədə hiss olunurdusa, bəs niyə Rusiya hələ də terrorçu dövlət, terrorun himayədarı dövlət kimi tanınmayıb? Ukraynanın hardasa, sizin dövlətlərinizin hüdudlarından kənarda, Avropanın bir parçası olaraq qalması faktı Rusiyanın öz qonşularını ələ keçirmək üçün aqressiv iştahı inkişaf etdirməsinə kömək etdi.

Yalnız Avropa Birliyini genişləndirməklə, gücləndirməklə biz Avropanın fevralın 24-də, 2014-cü ildə, hətta 1968 və ya 1956-cı ildə yaşadıqlarının təkrarlanmasının qarşısını ala bilərik.”, - deyə o, bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru