Bloomberg: Rusların daşınmaz əmlak almasına qoyulan qadağa yeni sanksiyalar paketindən çıxarılıb

31-05-2022, 08:37           
Bloomberg: Rusların daşınmaz əmlak almasına qoyulan qadağa yeni sanksiyalar paketindən çıxarılıb
Avropa İttifaqı ölkələri Rusiyaya qarşı yeni sanksiyalar paketindən Rusiya vətəndaşlarının daşınmaz əmlak almasına qadağa tətbiq olunması maddəsinin çıxarılması barədə qərar qəbul ediblər.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” yeni sanksiya tədbirləri üzrə danışıqlara yaxın mənbələrə istinadən məlumat yayıb.

Agentlik qeyd edir ki, Kipr Avropa İttifaqında Rusiya Federasiyası vətəndaşlarının daşınmaz əmlak almasına qadağa tətbiq edilməsinə qarşı çıxıb.

Aİ ölkələri bir neçə həftədir ki, Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gələ bilmirlər. Çətinliklər, ilk növbədə, Rusiya neftinin alınmasına məhdudiyyətlərin qoyulmasına qarşı çıxan Macarıstanın mövqeyi ilə bağlıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru