Rusiyaya sanksiyanı bloklayan iki dövlət var - Ukrayna Prezident Ofisi

31-05-2022, 09:30           
 Rusiyaya sanksiyanı bloklayan iki dövlət var - Ukrayna Prezident Ofisi
Putin qazdan silah kimi istifadə edir. Eyni zamanda, Avropada Rusiyanın enerji daşıyıcılarına qarşı sanksiyaların qarşısını alan bir neçə ölkə var.

Teref.az axar.az-a istinadla xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

Onun sözlərinə görə, AB-də Rusiyanın enerji sektoruna qarşı sanksiyalar təkcə Macarıstan deyil, həm də Xorvatiya tərəfindən bloklanır.

O qeyd edib ki, altıncı sanksiyalar paketi Avropada çoxlu müzakirələrə səbəb olur:

“Yadınızdadırmı, nə qədər müzakirələr gedirdi ki, Rusiya qazdan və neftdən silah kimi istifadə edir. İndi bunu sübut etməyə ehtiyac yoxdur. Burada aydındır. Düşünürəm ki, avropalılar Rusiya ilə enerji əlaqələrini tam şəkildə aradan götürəcəklər və başa düşəcəklər ki, Moskva etibarsız təchizatçıdır. İstənilən müharibədə qaydalar var, amma burada qazdan silah kimi istifadə etməyə çalışırlar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru