Kiyev minaları təmizləsə, gəmiləri buraxarıq - Lavrov
31-05-2022, 16:00
Ukrayna limanlarını minalardan təmizləyərsə, Rusiya taxıl daşıyan gəmiləri Aralıq dənizinə buraxmağa hazırdır.
Axar.az xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.
“Əgər Kiyev limanların minalardan təmizlənməsi problemini həll etsə, o zaman Rusiya Hərbi Dəniz Qüvvələri taxıl daşıyan gəmilərin Aralıq dənizinə maneəsiz keçidini təmin edəcək”.