İran bu məsələ ilə bağlı dünyaya yalan danışır – İsrail

31-05-2022, 16:42           
İran bu məsələ ilə bağlı dünyaya yalan danışır – İsrail
İsrailin baş naziri Naftali Bennet İranın nüvə enerjisi proqramı ilə bağlı "dünyaya yalan danışdığını" iddia edib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxış edən Bennet, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın İsrailə işarə edərək, “Təəssüf ki, sionistlər həddən artıq çox yalan yaydılar” açıqlamasına qarşı videomüraciət yayımlayaraq cavab verib.

Videoda əlində bir neçə kağız tutan Bennett, "Yalan yayırıq? Buyurun, mən sizin yalanlarınızın sübutunu əlimdə tuturam" deyib.

Bennett əlavə edib:

"Görürsünüz ki, İran Atom Agentliyindən (Beynəlxalq Atom Enerjisi Agentliyi) məxfi sənədləri oğurladıqdan sonra onlar bu məlumatdan Atom Agentliyinin nəyə nail olmaq istədiyini öyrənmək üçün istifadə etdilər. Sonra hekayələr uydurdular və nüvə araşdırmalarından xilas olmaq üçün dəlilləri gizlətdilər" .

İsrailin baş naziri əlindəki kağızları göstərərək, "Yaxşı, biz bunu haradan bilirik? Çünki bir neçə il əvvəl İranın hiyləgər planını müsadirə etdik. Və o, burada, mənim əlimdədir" deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru