Qara dəniz donanması geri çəkilir – RUSİYADA ÇAXNAŞMA

31-05-2022, 17:01           
Qara dəniz donanması geri çəkilir –
Hazırda Rusiyanın Qara dənizdə bir qanadlı raket gəmisi var. Rusiya qoşunlarının bir neçə gəmisi işğal olunmuş Krıma geri çəkilib.

Bu barədə Ukraynanın Odessa vilayətinin regional administrasiyasının sözçüsü Sergey Bratçuk məlumat verib.

“Rusiyanın Qara dənizdə qanadlı raketdaşıyıcılarının sayı bir qədər azalıb. İndi orada bir qanadlı raketdaşıyıcı var. Düşmən qüvvələrinin bir neçə gəmisi müvəqqəti işğal olunmuş Krım sahillərinə çəkilib”, - Bratçuk bildirib.

Bratçuk iddia edib ki, Ukraynanın müttəfiqlərindən ağır silahlar alması Rusiyada çaxnaşma yaradır.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiyanın Qara və Azov dənizlərindəki donanmasının əsas səyləri əlverişli əməliyyat rejiminin saxlanmasına və Qara dənizin şimal-qərbində mülki gəmilərin hərəkətlərinin qarşısının alınmasına yönəlib./teleqraf.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru