İtaliya turistlərin gəlişi ilə bağlı COVID-19 məhdudiyyətlərini ləğv edir
1-06-2022, 00:02
İtaliya Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir ki, ölkəyə giriş üçün “GreenPass” (“Yaşıl sertifikat”) verilməsini nəzərdə tutan və mayın 31-də başa çatacaq sərəncamın müddəti uzadılmayacaq.
İtaliya iyunun 1-dən ölkəyə gələn səyahətçilər üçün bütün sanitariya protokollarını ləğv edir.
“RİA Novosti” xəbər verir ki, bu barədə ATOR məlumat yayıb.
Səlahiyyətlilər turistlərin peyvənd olunub-olunmadığını, COVID-19-dan sağalıb-sağalmadığını yoxlamayacaq, eləcə də mənfi nəticəli PZR testi tələb etməyəcək.
İtaliya Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir ki, ölkəyə giriş üçün “GreenPass” (“Yaşıl sertifikat”) verilməsini nəzərdə tutan və mayın 31-də başa çatacaq sərəncamın müddəti uzadılmayacaq.