Rusiya Monteneqronun bu səfirliyinin əməkdaşını "persona non qrata" elan etdi

1-06-2022, 08:54           
Rusiya Monteneqronun bu səfirliyinin əməkdaşını "persona non qrata" elan etdi
Rusiya Monteneqronun Moskvadakı səfirliyinin əməkdaşını "persona non qrata" elan edib.

Demokrat.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin diplomatik departamentinin saytında dərc olunan məlumatında deyilir.

“Mayın 31-də Monteneqronun Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Milorad Şepanoviç Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilib və ona nazirliyin Monteneqronun Moskvadakı səfirliyinin əməkdaşının "persona non-qrata" elan edilməsinə dair notası təqdim edilib”, - deyə bildiriblər.

“Bu tədbir 2022-ci il aprelin 7-də Monteneqro tərəfinin Rusiyanın Podqoritsadakı səfirliyinin bir sıra diplomatlarını "persona non-qrata" elan etdiyi əsassız qərara cavabdır”, - nazirlik vurğulayıb.

Aprelin 7-də Monteneqro Xarici İşlər Nazirliyi 7 gün ərzində ölkəni tərk etmək əmri verilən dörd rusiyalı diplomatı "persona non-qrata" elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru