Abramoviç sanksiyaları məhkəməyə daşıyır

1-06-2022, 10:18           
Abramoviç sanksiyaları məhkəməyə daşıyır
Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Aİ-nin sanksiya siyahısına daxil edilən İngiltərənin “Çelsi” futbol komandasının keçmiş sahibi Roman Abramoviç Avropa İttifaqı Şurasının qərarına qarşı Lüksemburqda Aİ Ümumi Məhkəməsində iddia qaldırıb.

“Paralel.az ” xarici KİV-ə istinadən xəbər verir ki, Abramoviç Avropa İttifaqının (Aİ) mart ayında tətbiq etdiyi sanksiyalara qarşı hüquqi prosesə başlayıb.

Aİ martın 15-də rusiyalı milyarder Abramoviçə qarşı sanksiyalar tətbiq etməyə başlayıb, onun aktivlərini dondurub və səyahət qadağası qoyub.

Avropa Şurasının sanksiya qərarında Abramoviçin Rusiya Prezidenti Vladimir Putinlə uzun və yaxın əlaqələri olan oliqarx olduğu qeyd olunub. Rusiya lideri ilə əlaqənin Abramoviçə sərvətinin qorunmasına kömək etdiyi iddia edilən qərarda, onun əsas səhmdarı olduğu “Evraz” şirkətinin ölkədəki ən böyük vergi ödəyicilərindən biri olduğu bildirilib.

Rusiya, İsrail və Portuqaliya vətəndaşlığı olan Abramoviç İngiltərə hökumətinin sanksiya qərarından sonra "Çelsi" komandasını satmaq məcburiyyətində qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru