“Rammstein” Ukraynaya dəstəyini bir daha ifadə etdi - FOTO/VİDEO

1-06-2022, 12:57           
“Rammstein” Ukraynaya dəstəyini bir daha ifadə etdi - FOTO/VİDEO
“Rammstein” qrupunun musiqiçiləri İsveçrədəki konsertləri zamanı “Engel” mahnısının sədaları altında Ukrayna bayrağını dalğalandırıblar.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar paylaşılıb.

Elə musiqiçilərin özləri də “Facebook” səhifələrində təxminən 50 000 pərəstişkarın qatıldığı konsertdən “Çiyin-çiyinə, bir daha heç zaman yalnız olmayacağıq” qeydi ilə (“Armee der Tristen” mahnısından) həmin anın görüntülərini paylaşıblar.

Qeyd edək ki, əfsanəvi rok qrup müharibənin ilk günlərindən Ukraynaya dəstəyini ifadə edib.

“Rammstein” qrupu Rusiya hökumətinin hücumuna müqavimət göstərən Ukrayna xalqına dəstəyini ifadə etmək istəyir. Ukrayna xalqının iztirablarına görə xüsusi kədərimizi ifadə edirik”, - deyə onlar yaydıqları dəstək bəyanatında bildirmişdilər.







Mənbə: ZN.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru