ABŞ Ukraynadakı döyüşlərin hələ bir neçə ay davam edə biləcəyinə inanır və münaqişənin tezliklə başa çatması üçün heç bir əlamət görmür.
Bakıvaxtı.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Dövlət katibi Entoni Blinken çıxış edib.
“Bunun necə və nə vaxt həll olunacağını təxmin edə bilmərik. İndiyə qədərki ən yaxşı təxminimiz budur ki, bu münaqişə daha bir neçə ay davam edəcək. Yenə deyirəm, sabah Rusiya təcavüzü dayandırmaq qərarına gəlsə, hər şey bitə bilər”, - Blinken vurğulayıb.