"Müharibə artıq evimizin içindədir” –Roqozindən bədbin AÇIQLAMA

3-06-2022, 08:39           
"Müharibə artıq evimizin içindədir”
“Bir ildən sonra Rusiyada vəziyyət daha da ağırlaşacaq”.

Azpost.info bildirir ki, bu sözləri “Roskosmos”-un baş direktoru Dmitri Roqozin raket və kosmik sənaye təşkilatlarının konfransında çıxışında bildirib.

Roqozun deyib ki, bununla “Roskosmos” artıq sənayenin qarşılaşacağı problemlərə hazırlaşmağa başlayıb.

“Bir ildən sonra ölkədə vəziyyət dəyişəcək, daha da mürəkkəbləşəcək. Çünki hava və avtomobil parklarının ehtiyatları tükənəcək. Biz “Roskosmos”un artıq həll etməyə başladığı problemlərlə üzləşəcəyik”, – deyə Roqozin vurğulayıb.

“Sənaye tərəfdaşlarımızın heç də hamısı bu vəzifələrin öhdəsindən vaxtında gələ bilməyəcək. Müəyyən müddət ərzində hamımız nəzərəçarpacaq dərəcədə çökmə hiss edəcəyik. Biz dərk etmək və hazırlaşmalıyıq. Özümüzü elə aparmayaq ki, müharibə hardasa uazqlarda baş verir. “Məndən uzaqdır” prinsipi ilə davranmaq olmaz. Müharibə artıq evimizin içindədir”-deyə Roqozun bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru