“Ölkə xaosa girəcək, xalq daha da radikallaşacaq” - Qətər hökuməti xəbərdarlıq edib

3-06-2022, 08:13           
“Ölkə xaosa girəcək, xalq daha da radikallaşacaq” - Qətər hökuməti xəbərdarlıq edib
Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani Qərb ölkələrini İslam Əmirliyi hökuməti ilə əlaqələri gücləndirməyə çağıraraq, əks halda Əfqanıstanın daha dərin xaosa girə biləcəyi barədə xəbərdarlıq edib.

“Financial Times” qəzetinə açıqlamasında Qətərin xarici işlər naziri iqtisadi tənəzzül və “ekstremizmin” artması ilə bağlı xəbərdarlıq da edib: "Ola bilsin ki, biz ekstremizmin artmasını müşahidə edəcəyik. Biz artıq başlayan iqtisadi böhranı görəcəyik və bu, xalqı daha da radikallaşmağa, münaqişəyə sövq edəcək”. Qətərli diplomatın son açıqlamalarını alqışlayan "Taliban" hökuməti insanların əsas hüquqlarından və qarşılıqlı maraqlarından istifadə edərək dünya liderlərini Əfqanıstandakı rəhbərliyi rəsmi şəkildə tanımağa çağırıb.

İslam Əmirliyinin sözçünün müavini İnamullah Samanqani deyib ki, onlar xarici ölkələrin hamının marağına uyğun əməli addımlar atmasını və Əfqanıstan hökumətinin və xalqının əsas hüququna hörmət etməsini istəyir.

Bu arada, analitiklər hesab edir ki, iqtisadi problemlər ölkənin ümumi sabitliyinə təsir göstərərək, terror fəaliyyətlərinə zəmin yaradacaq.

Beynəlxalq əlaqələr üzrə analitik Mehdi Əfzəli "TOLO news"a deyib ki, iqtisadi böhran siyasi və hərbi dayaqları sarsıdacaq, terror fəaliyyətləri üçün zəmin yaradacaq və nəticədə Əfqanıstanın dağılmasına gətirib çıxaracaq.

Politoloq Cavid Sandelin sözlərinə görə, dünya Əfqanıstanda siyasi maraqlarını həyata keçirmək üçün siyasi gücdən istifadə edəcək və bu, hər iki tərəfə zərər verə bilər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru