İmran Xandan DƏHŞƏTLİ XƏBƏRDARLIQ: Dediyimi etməsəniz…

3-06-2022, 10:45           
İmran Xandan DƏHŞƏTLİ XƏBƏRDARLIQ:
“Hökumət seçkilər təşkil etməsə, Pakistanda vətəndaş müharibəsi başlayacaq”.

Teref.az-ın yazdığına görə, Metbuat.az xəbər verir ki, keçmiş Baş nazir İmran Xan belə xəbərdarlıqla çıxış edib. İmran Xan bildirib ki, hazırda o, tərəfdarlarının qorunması tələbi barədə Ali Məhkəmənin qərar verməsini gözləyir. Qərardan sonra parlament seçkilərinin keçirilməsi tələbi ilə yürüşlər başlayacaq. “Seçkilərə qanuni və konstitusiya qaydaları çərçivəsində getməyimizə icazə verib-verməyəcəklərini görəcəyik. Əks təqdirdə bu ölkə vətəndaş müharibəsinə sürüklənəcək” - İmran Xan bildirib.

Ötən həftə aksiyalar zamanı toqquşmalar qeydə alınmış, 100 polis yaralanmışdı. İmran Xan gərginliyin artmaması üçün aksiyanı təxirə salaraq, seçkilərin keçirilməsi barədə qərarın qəbul olunması üçün hökumətə 6 gün vaxt vermişdi.

Qeyd edək ki, İmran Xan ABŞ-ın dəstəyi ilə devrildiyini açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru