Rusiyanın Sakit Okeandakı təlimlərinə erməni admiral rəhbərlik edir - FOTO

3-06-2022, 11:37           
Rusiyanın Sakit Okeandakı təlimlərinə erməni admiral rəhbərlik edir - FOTO
Sakit Okeanda 40-dan çox hərbi gəmi və yardımçı gəminin, həmçinin 20 təyyarə və helikopterin cəlb olunduğu Sakit Okean Donanmasının təlimləri başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə cümə günü Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Sakit okeanda keçirilən təlimlər iyunun 10-dək davam edəcək. Manevrlərə Sakit Okean Donanmasının komandiri, erməni admiral Sergey Avakyants rəhbərlik edir.
Gəmilər dəniz aviasiyası ilə birlikdə saxta düşmənin sualtı qayıqlarının axtarışını, hava hücumundan müdafiəsinin təşkilini işləyib hazırlayacaq, yerüstü və hava hədəflərində döyüş hazırlığı tapşırıqlarını yerinə yetirəcək.

Nazirlikdən bildiriblər ki, onlar “logistikanın təşkili məsələlərini” də işləyəcəklər.

Təlimlərdə “Marşal Krılov” komanda gəmisi, “Marşal Şapoşnikov” freqatı, iri və kiçik sualtı əleyhinə gəmilər, korvetlər, minaaxtaran gəmilər, raket katerləri və yardımçı gəmilər iştirak edir.

Xatırladaq ki, Sergey İosifoviç Avakyants 6 aprel 1958-ci ildə İrəvanda anadan olub.
2010-cu ilin oktyabrından Sakit Okean Donanmasının komandanı vəzifəsində çalışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru