Rusiya Ukraynadan oğurladığı taxılı Suriyaya göndərir

4-06-2022, 00:01           
Rusiya Ukraynadan oğurladığı taxılı Suriyaya göndərir
Rusiya gəmilərinin ələ keçirilmiş ərazilərdə ukraynalı fermerlərdən oğurladıqları taxıl Suriyaya göndərilib.

TİA.AZ xəbər verir ki, bu barədə “Röyters” Ukraynanın Beyrutdakı səfirliyinə istinadən məlumat yayıb. Bildirilir ki, Rusiya artıq 100 min ton buğdanı Suriyaya göndərib.

Yük mayın sonunda Suriyanın əsas dəniz limanı Latakiyada dayanan Rusiyanın “Matros Pozınıç” gəmisi ilə çatdırılıb.

Mayın 29-da Planet Labs PBC-nin peyk şəkilləri gəminin Latakiyada yanaşdığını göstərib.

“Onlar Ukraynanın üç rayonundan bir partiyaya buğda toplayan müəssisədən buğda oğurlayırlar Bu, cinayət işidir”, – səfirliyin məlumatında deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru