İranda daha bir polkovnik öldürüldü....

4-06-2022, 08:28           
İranda daha bir polkovnik öldürüldü....
İranın yüksək rütbəli zabiti Əli İsmayılzadə Kərəc şəhərinin Cahannuma məhəlləsində öz evində öldürülüb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, o, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin 840-cı birləşməsinin polkovniki olub.

SEPAH rəsmilərindən bəziləri İsmayılzadənin ailəsindən ayrıldığı və sarsıntı keçirdiyi üçün intihar etdiyini, digərləri isə evinin damından yıxıldığı üçün həyatını itirdiyini iddia edir.

Hökumətə müxalif qaynaqlar isə polkovnikin İsrailə casusluqda şübhəli bilindiyi üçün SEPAH tərəfindən öldürüldüyünü bildirirlər.

Qeyd edək ki, Əli İsmayılzadənin yaxın silahdaşı SEPAH-ın yüksək rütbəli zabiti Həsən Səyyad Xudayi mayın 22-də Tehranda öz evinin qarşısında iki motosikletçi tərəfindən güllələnərək öldürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru