Rusiyaya gələnlər üçün epidemioloji məhdudiyyətlər ləğv edilir

4-06-2022, 09:08           
Rusiyaya gələnlər üçün epidemioloji məhdudiyyətlər ləğv edilir
Rusiya hava və dəniz sərhəd keçid məntəqələri ilə gələn xarici vətəndaşların ölkəyə girişinə qoyulmuş epidemioloji məhdudiyyətləri aradan qaldırır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu gün Baş nazirin müavini Tatyana Qolikova Rusiyaya yeni koronavirus infeksiyasının gətirilməsinin və yayılmasının qarşısının alınması üzrə operativ qərargahın iclasını keçirib.

“Əməliyyat qərargahının üzvləri tərəfindən aparılan müzakirələrdən sonra 2022-ci il iyunun 14-dən hava yolu ilə, eləcə də dəniz keçid məntəqələri vasitəsilə gələn xarici vətəndaşların Rusiyaya girişinə qoyulmuş epidemioloji məhdudiyyətlərin aradan qaldırılması barədə qərar qəbul edilib" - Nazirlər Kabinetinin yaydığı məlumatda vurğulanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru