Kuleba: “Ukrayna taxıl ixracı üçün Odessa limanını açmağa hazırdır, amma...” - FOTO

4-06-2022, 08:40           
Kuleba: “Ukrayna taxıl ixracı üçün Odessa limanını açmağa hazırdır, amma...” - FOTO
Ukrayna məhsullarının Odessa limanı vasitəsilə ixracına maneələrdən biri Rusiyanın bu dəhlizdən istifadə edərək şəhərə hücum edə bilmə ehtimalıdır.

Bu bəyanatla Ukrayna xarici işlər naziri Dmitri Kuleba öz “Twitter” səhifəsində çıxış edib.

“Ukrayna Odessa limanından ixracın bərpası üçün lazımi şərait yaratmağa hazırdır. Məsələ budur ki, Rusiyanın bu ticarət yolundan Odessaya hücum etmək üçün istifadə etməsini necə qarantiya altına almaq olar. Hələlik Rusiyadan heç bir zəmanət yoxdur”, - deyə Dmitri Kuleba qeyd edib.

O əlavə edib ki, Ukrayna BMT və tərəfdaşları ilə birgə həll yolları axtarmağa davam edir.

Mənbə: Ukrainskaya pravda












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru