İsveçrə istehsal etdiyi hərbi texnikanın Ukraynaya tədarükünə icazə verib

4-06-2022, 16:24           
İsveçrə istehsal etdiyi hərbi texnikanın Ukraynaya tədarükünə icazə verib
Rəsmi Bern Avropa İttifaqına üzv ölkələrə İsveçrədən alınan hərbi texnika, avadanlıq, ehtiyat hissələri Ukraynaya tədarük edilməsinə icazə verib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə İsveçrənin Federal Şurasının saytında bildirilib.
Ətraflı

Məlumata görə, yenidən ixracat İsveçrənin tərəfsizliyini pozmur. Rəsmi Bernin Almaniya və İtaliyaya belə məhsulları almağa icazə verdiyi də sənəddə qeyd edilib.

Xatırladaq ki, İsveçrə hökuməti Danimarka və Almaniyaya bu ölkənin istehsalı olan piyadaların zirehli döyüş maşını və döyüş sursatlarını Ukraynaya tədarük etməsinə icazə vermirdi. Belə ki, İsveçrə Almaniyanın öz istehsalı olan “Gepard” özüyeriyən zenit qurğusunun 35 mm çaplı 12 400 ədəd sursatını və 22 “Piranha III” piyadaların zirehli döyüş maşınını Ukraynaya göndərməsinin qarşısını alıb. Danimarka bu hərbi texnika və sursatlar İsveçrədən alsa da, istismardan çıxarıldıqdan sonra Almaniyada saxlayırdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru