Aİ Rusiyaya qarşı yeddinci sanksiya paketini hazırlayır
5-06-2022, 00:06
Aİ Ukraynaya genişmiqyaslı müdaxilə fonunda Rusiyaya qarşı sanksiyaların yeddinci raundu üzərində işə başlayıb .
Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki, bunu Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski deyib: Ətraflı
"Sanksiyalar daha da sərt olmalıdır. Rusiyanın “Qazprombank”ın hesabına hələ də sata biləcəyi qazı var. Bu ölkənin banklarının “SWIFT” beynəlxalaq sistemindən çıxarıldığı bir vaxtda düşünürəm ki, sanksiyaları daha da sərtləşdirməliyik”,- deyə nazir müavini qeyd edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanksiyalar paketini qəbul edib.