Bayden İsrail və Səudiyyə Ərəbistanına səfərini dayandırdı – SƏBƏB

5-06-2022, 08:52           
Bayden İsrail və Səudiyyə Ərəbistanına səfərini dayandırdı – SƏBƏB
ABŞ Prezidenti Co Baydenin İsrailə və Səudiyyə Ərəbistanına səfəri təxirə salınıb.

Bu barədə NBC telekanalı məlumat yayıb.

NBC-nin verdiyi xəbərə görə, ABŞ prezidentinin bu ayın sonuna planlaşdırılan İsrailə və Səudiyyə Ərəbistanına səfərləri iyul ayına qədər təxirə salınıb.

Bildirilib ki, Vaşinqton Ər-Riyadda Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) sammiti də daxil olmaqla, daha əhatəli Yaxın Şərq səfəri planlaşdırır.

“Biz GCC+3 Sammiti üçün İsrail və Səudiyyə Ərəbistanına səfər üzərində işləyirik”, – Bayden administrasiyasının rəsmisi bildirib.

Rəsminin sözlərinə görə, ilkin vaxt iyula təyin olunsa da Baydenin səfərlərinin tarixləri yenidən dəyişə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru