Neft şirkətləri Venesuelada yenidən fəaliyyətə başlayıb
6-06-2022, 08:23

Venesuela prezidenti Nikolas Maduro Argentinanın “Radiofonica” radiosuna danışıb.
Dünyaxəbər.org bildirir ki, Maduro ABŞ-ın ölkəsinə qarşı tətbiq etdiyi uzun müddətdir davam edən iqtisadi sanksiyaların bir qədər yumşaldıldığını və bunun mənalı olduğunu bildirib.
ABŞ-ın əhəmiyyətli addımlar atdığını ifadə edən Maduro: “Amerika Birləşmiş Ştatlarının “Chevron”, “Eni” və “Repsol” kimi şirkətlərə Venesuelada qaz və neft hasilatına başlamaq üçün verdiyi lisenziyalar ilkin, lakin vacib addımlardır” – deyib.
Hesab olunur ki, ABŞ administrasiyası 2021-ci ilin oktyabrında iqtidarla müxalifət arasında kəsilən dialoq danışıqlarının bərpasını təşviq etmək üçün bu addımları atıb.
“Məncə, Latın Amerikası və Karib hövzəsinin səslərinin amerikalıların görüşünə gətirilməsi yaxşı görünür. Biz Argentina prezidenti Alberto Fernandezin səsində yaxşı təmsil olunacağıq” – deyə Venesuela prezidenti qeyd edib.
Venesuelanın təcrid edilməsindən danəşan Maduro: “Vaşinqtonda nə edirlərsə etsinlər, Venesuelanın səsi, Kubanın və Nikaraquanın səsi Los-Ancelesə çatacaq və səsimiz orada olacaq” – dedi.