Borrell: Bunun günahkarı Rusiyadır!

6-06-2022, 10:27           
Borrell: Bunun günahkarı Rusiyadır!
Rusiya Ukrayna limanlarını bağladığı üçün dünyada taxıl çatışmazlığına görə birbaşa məsuliyyət daşıyır.

Axar.az xəbər verir ki, bu sözləri AB-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozef Borrell deyib.

Borrell bildirib ki, AB Rusiyanın müharibəni davam etdirmək qabiliyyətinə zərbə vurmaq üçün sanksiyalar tətbiq edib, çünki təcavüzkar müharibə qəbuledilməzdir.

Onun sözlərinə görə, məhdudlaşdırıcı tədbirlər kənd təsərrüfatı məhsullarına və onların daşınmasına təsir göstərmir və buna görə də buğda sanksiyalara məruz qalmır:

"Rusiyanın Ukrayna limanlarının davamlı blokadası milyonlarla ton taxılın ixracını mümkünsüz edir. Rusiya beynəlxalq ticarətdə taxıl qıtlığına görə birbaşa məsuliyyət daşıyır və təcavüzü dayandırmaq əvəzinə, məsuliyyəti beynəlxalq sanksiyaların üzərinə atmağa çalışır. Bu dezinformasiyadır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru