Ukrayna XİN Macarıstan spikerinin psixi sağlamlığı haqqında arayış tələb edib
6-06-2022, 12:06
Kiyevdə qərara gəliblər ki, Macarıstan parlamentinin sədrinin sözlərinə reaksiya versinlər. O, Ukrayna Prezidenti Volodimir Zelenskinin psixi probleminin olduğunu bəyan edib.
Cavab qismində Ukrayna Xarici İşlər Nazirliyi macar sikerin özündən psixi sağlamlıq barədə arayış xahiş edib.
Uyğun bəyanatı Ukrayna XİN nümayəndəsi Oleq Nikolenko elan edib. Bəyanat onun Tvitter səhifəsində dərc olunub.
«Ukrayna XİN Macarıstan parlamentinin sədri Laslo Keverdən onun psixi sağlamlığı barədə arayış gözləyir. Cənab Keverin sözlərinin gələcək qiymətləndirilməsi birbaşa onun arayışında qeyd olunmuş nəticələrdən asılı olacaq» - o, bəyan edib.
XİN nümayəndəsinin sözlərinə görə, Macarıstandan olan siyasətçilər inadkarlıqla Ukraynaya qarşı qarayaxdı ilə məşğul olurlar.