Almaniya Ukraynaya Hitlerə görə tank vermir? –“Der Spiegel” açıqladı

6-06-2022, 12:49           
Almaniya Ukraynaya Hitlerə görə tank vermir? –“Der Spiegel” açıqladı
“Almaniya öz tanklarının Rusiya ordusunun əlinə keçməsindən ehtiyat edir. Hökumətin Ukraynaya alman tanklarını verməməsinin səbəblərindən biri də bu olub”.

Azpost.info xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı mənbələrə istinadən yazıb.

“Hökumət alman tanklarının yenidən Rusiyada olacağından qorxur ki, bu da Ukraynaya tank verməkdən imtinanın səbəblərindən biridir”, – mənbə bildirib.

Nəşr təsdiq edir ki, ABŞ, Britaniya və Fransa arasında Ukraynaya tank tədarükündən imtina ilə bağlı qeyri-rəsmi razılaşma var. Lakin “tank blokadası” NATO səviyyəsində heç vaxt müzakirə olunmayıb.

“Der Spiegel” onu da qeyd edir ki, Almaniya həm də tarixi səbəblərdən Ukraynaya tank verən ilk ölkə ola bilməz.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru