Baydendən Türkiyəyə və digər ölkələrə tələb: Taxıl almayın

7-06-2022, 00:03           
Baydendən Türkiyəyə və digər ölkələrə tələb: Taxıl almayın
ABŞ Prezidenti Co Bayden administrasiyası bəzi ölkələrə qarşı yeni tələblər irəli sürüb.

Ukrayna taxılının Rusiya vasitəsilə satılmasına etiraz edən ABŞ rəhbərliyi 14 dövlətin rəhbərliyindən Rusiyanın Ukraynadan oğurladığı taxılı almamağı tələb edib. Bu ölkələr sırasında Afrikadan 10 ölkə ilə yanaşı, Azərbaycanın müttəfiqləri olan Türkiyə və Pakistan, həmçinin Banqladeş və Şri-Lanka da daxildir.

ABŞ rəsmilərinin bildirdiyinə görə, 500 min ton taxılın dəyəri 100 milyon dollardır. Həmin taxılı Rusiya işğal etdiyi ərazilərdən oğurlayıb. Həmin yüklər quru yolu ilə Krıma daşınır. sonra isə gəmilərlə müxtəlif ölkələrə göndərilir.

ABŞ Dövlət Departamenti iddia edir ki, taxıl dolu “Matros Koşka”, “Matros Pozıniç” və “Mixail Nenaşev” gəmiləri Kerç boğazından Aralıq dənizi vasitəsilə çıxarılır.

Dünyada taxıl böhranının gözlənildiyi bir zamanda bu dövlətlərin ABŞ-ın tələbini rədd edəcəyi gözləniləndir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru