“Taliban” xaşxaş əkməyi qadağan etdi: Narkoticarət kiçiləcək, yoxsa... - VİDEO

7-06-2022, 00:05           
“Taliban” xaşxaş əkməyi qadağan etdi: Narkoticarət kiçiləcək, yoxsa... - VİDEO
Əfqanıstanda siyasi hakimiyyətə gəlmiş “Taliban” hökuməti fermerlərə xaşxaş əkməyi qadağan edib.

Cebhe.info xəbər verir ki, “Taliban” aprel ayında tiryək, morfi və eroin daxail xammal tədarük üçün lazım olan xaşxaşın qadağan edən bir fərman imzalayıb və hazırda geniş kampaniyaya başlanılıb.

Dünyanın ən çox tiryək istehsal edən ölkəsi olan Əfqanıstan Daxili işlər nazirinin müavini Molla Abdul Haq Axund deyib ki, rəhbərimiz xaşxaş əkininin mütləq qadağan edilməsini əmr edib:

“Buna riayət etməyən, əkən və yetişdirməyə davam edənlər həbs ediləcək. Həmin şəxslər məhkəmədə şəriət qanunlarına görə mühakimə olunacaqlar”.

Ancaq dolanışığını tiryəkdən əldə edən xalq isə narahatdır. Belə ki, onlar yoxsulluğun artdığı bir zamanda dolanışıq qaynağının məhv olacağından qorxurlar.

Məsələn, əfqanıstanlı fermer deyir ki, quraqlıqla qarşı-qarşıyadır və böyük əkin sahələri yoxdur:

“Bu üzdən də xaşxaşdan başqa məhsul əkin-becərmək bizə heç nə qazandırmır. Bu məhsulu yetişdirməmizə icazə verilməsə, heç nə qazanmayacağıq”.

Ərazilərdə başladılan məhvetmə kampaniyası əsasən qadağanın açıqlanmasından sonra bu qaydalara riayət etməyən tiryək əkənləri hədəfləyir. Bu qadağadan öncə əkənlər isə məhsul toplayırlar.

Əkinçi Naik Mohammad isə deyir ki, xaşxaş əkinini qadağan edən hər hansı bir əmirdən xəbərimiz yox idi: “Bu xaşxaş tarlaları hər hansı qadağa çıxmadan əkilib. Məhsulumuz toplanmağa hazırdır. Öncədən belə bir yasaqdan xəbərimiz olmadığı üçün kədərlənirik”.

Qadağa Əfqanıstan iqtisadiyyatının çökdüyü və “Taliban”ın hakimiyyəti ələ keçirdiyi, beynəlxalq maliyyə dəstəyinin kəsildiyi bir dövrdə qoyulub.

Əhalinin böyük əksəriyyəti ərzaq əldə etməkdə çətinlik çəkir. Ölkə son illərin ən böyük quraqlığı ilə üzbəüz qalıb.

Qeyd edək ki, Əfqanıstanda dolanışığın 80 faizi əkinçiliyə bağlıdır. Əhali əkinçilərin yeganə gəlir qaynağı olan tiryəkin yerini nəyin tutacağına cavab axtarırlar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru