Boris Consona etimadsızlıq səsverməsi ilə bağlı keçirilmiş gizli səsvermənin nəticəsi açıqlanıb

7-06-2022, 08:03           
Boris Consona etimadsızlıq səsverməsi ilə bağlı keçirilmiş gizli səsvermənin nəticəsi açıqlanıb
Britaniya hökumətinin başçısı bir il müddətinə toxunulmazlıq alıb

Britaniyanın Baş naziri Boris Conson partiya lideri və krallığın hökumət başçısı vəzifələrini qoruyub saxlayıb. Bu barədə AYNA xarici mətbuata istinadən xəbər verir. Britaniya parlamentinin İcmalar Palatası Baş nazir Boris Consona etimadsızlıq səsverməsi ilə bağlı keçirilən gizli səsvermənin nəticələrini açıqlayıb.

Britaniyanın “The Guardian” nəşrinin xəbərinə görə, mühafizəkarlar Consona etimadsızlıq elan etmək üçün kifayət qədər səs toplaya bilməyiblər. Beləliklə, Britaniya hökumətinin başçısı bir il müddətinə toxunulmazlıq alıb.

Səsvermədə ümumilikdə 359 deputat səs verib. Deputatlardan 211-i Consonu dəstəkləyib, 148 nəfər etimadsızlıq göstərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru