“Dünyadakı ərzaq böhranının səbəbi Rusiyadır” - Şarl Mişel

7-06-2022, 07:53           
“Dünyadakı ərzaq böhranının səbəbi Rusiyadır” - Şarl Mişel
Kreml ərzaq ehtiyatlarından inkişaf etməkdə olan ölkələrə qarşı gizli silah kimi istifadə edir.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) prezidenti Şarl Mişel BMT Təhlükəszilik Şurasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu, ərzaq qiymətlərini artırır, insanları yoxsulluğa sürükləyir və bütün regionlarda sabitliyi pozur.

“Dünyadakı ərzaq böhranına görə məsuliyyət daşıyan yeganə ölkə Rusiyadır. Kreml həmçinin taxıl anbarlarını hədəfə alır, işğal etdiyi ərazilərdən taxıl oğurlayır və eyni zamanda günahı başqalarının üzərinə atır. Bu qorxaqlıqdır”, - deyə Şarl Mişel bildirib.

Şarl Mişel bildirib ki, Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar kənd təsərrüfatı sahəsinə aid deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru