Çində robot avtomobil təqdim olundu - VİDEO

10-06-2022, 10:14           
Çində robot avtomobil təqdim olundu - VİDEO
Çinin “Baidu” və “Geely” tərəfindən hazırlanan “JiDU” seriyasının ilk modeli - Robo-01 elektrik krossoveri təqdim olunub.

Avtomobil ikili avtopilot, xarici səslə qarşılıqlı əlaqə və süni intellektlə işləyən faralar da daxil olmaqla, qabaqcıl texnologiyalarla zəhgindir.

Robomobilin media sistemi dördüncü nəsil “Snapdragon” platformasında işləyir və 3D naviqasiya, eləcə də kənar məlumatlar bazasına giriş tələb etməyən səsli köməkçi ilə təchiz edilib.

Bununla yanaşı, avtomobildə 5 radar, 12 ultrasəs sensoru və 12 kamera quraşdırılıb.

Yüksək sürətli 5G rabitəsini dəstəkləyən krossover “Geely” şirkətinin müəssisələrində istehsal olunacaq.

Mənbə: motor.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru