ABŞ ölkəyə giriş üçün COVID-19 testi tələbini ləğv edib 11-06-2022, 00:12 ABŞ-da koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində daha bir yumşalma olub.APA CNN-ə istinadən xəbər verir ki, bundan sonra ölkəyə girişdə COVID-19 testi tələbi aradan qaldırılır.Yeni qərara əsasən, ABŞ-a gələn bütün sərnişinlərindən koronovirus testi tələb olunmayacaq.Qeyd edək ki, ABŞ-a giriş üçün tələb olunan koronavirus testi ötən ilin yanvar ayından qüvvəyə minib. Facebook-da paylaş