Putin NATO-nun Rumıniyadakı yeni bazası ilə bağlı açıqlama verib

14-05-2016, 00:05           
Putin NATO-nun Rumıniyadakı yeni bazası ilə bağlı açıqlama verib
NATO-nun Rumıniyada Raket Əleyhinə Müdafiə Sisteminin (RƏMS) fəaliyyətə başlaması Rusiya ətrafında beynəlxalq vəziyyəti mürəkkəbləşdirir.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin hərbi rəhbərliklə görüşdə NATO-nun Rumıniya ərazisində istifadəyə veriləcək yeni Raket Əleyhinə Müdafiə Sistemi bazasının fəaliyyətə başlamasına münasibət bildirərkən deyib.

Qeyd edək ki, mayın 12-dən Rumıniyanın cənubunda yerləşən Deveselu şəhərində ABŞ-ın "Aegis Ashore" Raket Əleyhinə Müdafiə Sistemi istifadəyə verilib.

NATO-nun baş katibi Yens Stoltenberq Buxarestdə Rumıniya prezidenti Klaus Yoahannislə görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında demişdi ki, NATO-nun Rumıniya ərazisində istifadəyə veriləcək yeni Raket Əleyhinə Müdafiə Sistemi bazasının Rusiya ilə heç bir əlaqəsi yoxdur və bu ölkəyə qarşı yönəlməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru