Dünya savaşının dəhşət saçan tankları - Foto
14-05-2016, 00:06
Dünyada baş verən ən qanlı müharibələrdə tanklar adətən döyüşün taleyini həll edib.
Axar.az İkinci Dünya müharibəsinin ölümcül tanklarını təqdim edir:
1. Tiger-1
Almanların ən önəmli tanklarından biri - 57 tonluq Tiger-1 690 at gücündə mühərrikə sahib olub.
2. Tiger-2
“Kral Tiger” olaraq tanınan Tiger-2, Tiger-1 və “Panzer”in ən yaxşı xüsusiyyətlərini özündə cəmləyib. Çox pul tələb etdiyi üçün bu tanklardan yalnız 494 ədəd istehsal edilib. 69 ton ağırlığında və 700 at gücündə olub.
3. T-34
Sovet tankıdır. Nüfuzuna görə İkinci Dünya müharibəsinin ən yaxşı tankı kimi qəbul edilirdi. T-34 28 ton ağırlığında idi və 76 mm-lik top atırdı. Bu, İkinci Dünya müharibəsində ən çox istehsal edilən tank olub.
4. “IS-2 Jozef Stalin”
122 mm-lik top mərmisi atan bu tank 46 ton ağırlığında idi.
5. “M4 Şerman”
Amerikanın bu tankı yüksək manevr qabiliyyətinə malik olub. Tankdan 48 min ədəd istehsal edilib.
6. “Şerman Firefli”
“M4 Şerman”dan daha hərəkətli dizayn edilən ingilis tankıdır. “M4 Şerman”dan fərqi 76 mm-lik top mərmisi atmasıdır.
7. “Elefant”
Bu tankdan 91 ədəd istehsal edilib. Alman “Elefant” tankı 70 ton ağırlığında yeriyən qala hesab edilib.
8. “Panzer”
Alman tankıdır. 55 km/saat sürətlə hərəkət edirdi. T-34 ilə birlikdə döyüşən ən yaxşı tanklardan biri olaraq göstərilir.
9. “PzKpfv IV”
Almaniyada 1930-cu illərin sonunda istehsal edilən bu tank türk ordusunda da istifadə olunub.
10. T-44
T-34-ün inkişaf etmiş versiyası olan T-44 müharibənin sonlarına doğru təkmilləşdirilib istehsal edildiyi üçün böyük qardaşı qədər səs salmasa da, ondan daha ölümcül bir tankdır. Bu tankdan 1823 ədəd istehsal edilib.