İngilislər rus təyyarələrinin qarşısını kəsdi

14-05-2016, 00:05           

İngilis Hava qüvvələrinə aid reaktiv təyyarələr Baltik dənizi üzərində hava sahəsini pozmaq istəyən Rusiyanın 3 hərbi təyyarəsinin qarşısını kəsərək geri qayıtmağa vadar edib

Strateq.az xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyi yazılı açıqlamasında bildirib.

Açıqlamada rus təyyarələrinin özlərini lazımi şəkildə tanıtmadığı və göndərilən mesajlara cavab vermədiyi bildirilir.

İngiltərə Müdafiə naziri Micheal Fallon hadisəni "rus təcavüzkarlığı" olaraq xarakterizə edərək, deyib: "Bu gərginlik İngiltərənin Baltik hava nəzarəti missiyasına töhfəsinin nə qədər əhəmiyyətli olduğunu göstərir. Rusiyanın bu təcavüzkar davranışına dərhal cavab verə bildik".

İngiltərənin “Tyoon” tipi 4 təyyarəsi aprel ayında bölgəyə göndərilib və avqustun sonuna qədər burda xidmət göstərəcək.

Məlumata görə, İngilis təyyarələri öz missiyaları çərçivəsində bu günə qədər 17 dəfə havaya qalxıb və 40-dan çox Rus təyyarəsini geriyə uçmağa məcbur edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.