ABŞ Dövlət Departamenti təsdiqlədi:İlham Əliyevlə Sarkisyan Vyanada görüşəcəklər

14-05-2016, 10:44           
ABŞ Dövlət Departamenti təsdiqlədi:İlham Əliyevlə Sarkisyan Vyanada görüşəcəklər
Azərbaycan prezidenti İlham Əliyev ermənistanlı həmkarı Serj Sarkisyanla növbəti həftə Vyanada bir araya gələcək.

Strateq.az-ın bildirdiyinə görə, məlumatı ABŞ-ın Dövlət Departamenti yayıb.

Dövlət katibi Con Kerrinin önümüzdəki iki həftə boyunca planlaşdırılan səfərləriylə bağlı məlumat verən Departament 16-17 may tarixində onun Avstriyanın paytaxtı Vyanada müxtəlif görüşlər keçirəcəyini bildirib. Məlumatda qeyd olunub ki, bu görüşlərin biri Rusiya və Fransa xarici işlər nazirləri ilə bərabər Qarabağ məsələsinin müzakirəsinə həsr olunacaq. “Yığıncaqda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan da iştirak edəcək”-Dövlət Departamentinin məlumatında belə deyilir.

Xatırladaq ki, bu məlumat ilk əvvəl Rusiya Xarici İşlər Nazirliyi tərəfindən yayılmışdı. Xarici işlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "İnterfaks"a açıqlamasında bildirmişdi ki, görüşdə əsas məqsəd məsləhətləşmələr aparmaq, təmas xəttində hərbi riskləri azaltmaqdan ibarət olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru