Çin Tayvanın əsas infrastrukturuna kiberhücumlar təşkil edəcək - HESABAT

3-11-2022, 09:54           
Çin Tayvanın əsas infrastrukturuna kiberhücumlar təşkil edəcək - HESABAT
Çin Tayvanın peyk rabitəsini məhv etmək üçün kiber alətlərdən istifadə etməyə cəhd göstərə bilər.

“Amerikanın Səsi”nin Çin dili bölümü xəbər verir ki, bunu Demokratiyanı Müdafiəsi Fondunun Kiber və Texnologiya İnnovasiyalar Mərkəzinin baş direktoru Mark Montqomeri deyib. O, bildirib ki, ABŞ Müdafiə Departamenti Tayvana kibertəhlükəsizlik problemlərinin həllində kömək etməlidir.

Onun sözlərinə görə, Çin çox güman ki, Tayvana hərbi eniş etməyə cəhd etməyəcək, lakin əvəzində Tayvanın əsas infrastrukturuna, o cümlədən onun elektrik şəbəkəsi, su təchizatı və digər sistemlərinə qarşı kiberhücumlar təşkil edəcək: “ABŞ yardımı kritik infrastrukturun öyrənilməsini, zəifliklərin axtarışını və onlardan qorunma yollarının işlənib hazırlanmasını əhatə edəcək”.

M. Montqomeri, fondun cümə günü dərc etdiyi “Amerikanın gələcəyinə hücum: Kiber Təminatlı İqtisadi Müharibə” adlı hesabatın əsas müəlliflərindən biridir. Hesabatda deyilir ki, ABŞ təcavüzkar dövlətlərin kiberhücumlarından müdafiə üçün müttəfiqləri ilə işləməlidir: “Kritik infrastruktura kiberhücumlar ABŞ-ın Tayvanı müdafiə etmək üçün hərbi səfərbərliyini poza və ya Çinin düşmənlərinin digər hərbi əməliyyatlarına mane ola bilər. Çin qlobal informasiya və kommunikasiya infrastrukturuna nəzarəti ələ keçirməyi hədəfləyir”.

Hesabatda deyilir: “Ümumilikdə Çin qlobal iqtisadiyyatın və kommunikasiya infrastrukturunun əsas qovşaqlarına nəzarət etmək üçün ardıcıl uzunmüddətli strategiya həyata keçirib - hamısı ABŞ və onun müttəfiqlərinin hesabına”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru