Çində kişidən qorxunc qisas: Mağaza rəflərinə ifraz qatılmış qazlı içki qoyub

Bu gün, 12:38           
Çində kişidən qorxunc qisas:
Çində 63 yaşlı işsiz kişi rəflərə sidik ifrazı qatılmış qazlı içki qoyaraq supermarketlərdən qəribə qisas alıb.

Oxu.Az bildirir ki, bu barədə HKFP nəşri məlumat verib.

Məlumata görə, hadisə Honkonqda baş verib. Polis şəhərin bir neçə bölgəsindəki mağazalarda içkilərin qəribə dadı ilə bağlı şikayətlərdən sonra həmin şəxsi saxlayıb. Hətta doqquz yaşlı uşaq "Coca-Cola" içdikdən sonra özünü pis hiss edib və xəstəxanaya aparılıb.

"Şübhəli şəxs mağazalardan birinin işçiləri ilə münaqişəyə girib və bununla da qisas alıb", - deyə müfəttiş Aleks Yau bildirib.

Axtarış zamanı kişidə cinayətlər zamanı istifadə etdiyi paltarlar və bel çantası aşkar edilib. Ümumilikdə yeddi şüşə yoxlanılıb ki, onların əksəriyyətində cinayətkarın içkilərin içinə qatdığı sidik izləri aşkar edilib. Kişini "Zərər vermək niyyəti ilə zəhər əlavə etmək" maddəsi üzrə 3 ilə qədər həbs cəzası gözləyir.

Polis alıcılara içkiləri içməzdən əvvəl qablaşdırmanın bütövlüyünü yoxlamağı və içkinin rənginə diqqət etməyi məsləhət görüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru