BƏƏ, İordaniya və İsrail enerji sahəsi ilə bağlı memorandum imzalayıb

9-11-2022, 12:37           
BƏƏ, İordaniya və İsrail enerji sahəsi ilə bağlı memorandum imzalayıb
İsrail, İordaniya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) “Su əvəzinə enerjiyə” dair Anlaşma Memorandumu imzalayıb.

“Report” xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bu, çoxtərəfli razılaşmadır. Bu sənəd çərçivəsində ABŞ və BƏƏ İordaniyaya 600 meqavat gücü olacaq günəş elektrik stansiyalarının tikintisinə yardım göstərəcəklər. Burada istehsal edilən elektrik enerjisi isə İsrailə ixrac olunacaq. Bunun müqabilində İsrail getdikcə daha çox şirin su qıtlığı ilə üzləşən İordaniyanı daha 200 milyon kubmetr duzsuzlaşdırılmış su ilə təmin edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru