Yaponiya və ABŞ böyük hərbi təlimlərə başladı

10-11-2022, 09:58           
Yaponiya və ABŞ böyük hərbi təlimlərə başladı
ABŞ ordusu və Yaponiya özünümüdafiə qüvvələri birgə "Keen Sword" təliminə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Təlimlərin məqsədi Yaponiya arxipelaqının ucqar adalarının mühafizəsi üzrə tədbirlərin işlənib hazırlanmasıdır.

Təlimlərin başlaması münasibətilə ABŞ-ın Yaponiyadakı komandanlığının yaydığı notada deyilir ki, ölkələr tərəfdaşlıq və dostluğu daha da gücləndirmək niyyətindədirlər.

Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərdə Yaponiyadan quru, dəniz və hava özünümüdafiə qüvvələrinin 26 minə yaxın əməkdaşı iştirak edir.

Amerika tərəfdən isə təlimlərdə 10 minə yaxın hərbçi iştirak edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru